Mövsümün rekordu
Azərbaycan Premyer Liqasında XXXVI turun oyunlarını 24300 tamaşaçı izləyib. Bu, mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13800 izləyici.
Ümumilikdə isə çempionatın 180 matçında 276 min 487 seyrçi olub. Orta hesabla hər oyunu 1536 tamaşaçı izləyib.
XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.
Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.