Mövsümün ilki

Mövsümün ilki

Dünyanın yeddinci raketkası Yelena Rıbakina ardıcıl 11-ci qələbəsini qazanıb. Qazaxıstanlı tennisçi Mayami turnirinin 4-cü mərhələsində Eliza Mertensə qalib gəlib – 6:4, 6:3.

Rıbakina bu turnirdəki bütün qarşılaşmalarda ən azı 10 eysə nail olub. İkinci mərhələdə 14, üçüncüdə 12 dəfə bunu bacaran Yelena bu dəfə 10 uğurlu oyuna daxiletməyə imza atıb.

Rıbakina cari mövsüm ardıcıl üç görüşdə 10 və ya daha çox eys edən ilk tennisçidir. O, il ərzində 191 bunu bacarmaqla həm də mövsümün lideridir.

ETOPAZ

Əvvəlki yazı

Jirudan rekord

Növbəti yazı

Depay zədələndi