Mövsümün futbolçusu adına üç namizəd
UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb. Bu nominasiya üzrə 3 namizəd qalıb.
Ən yaxşı futbolçu olmağa iddiaçılar “Real”ın qapıçısı Tibo Kurtua, hücumçusu Kərim Benzema və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruynedir.
Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.