Mövsümün ən yaxşısı bəlli oldu
Avropa Liqasında 2023/24 mövsümünün ən yaxşı oyunçusu bəlli olub. Bu ada “Marsel”in hücumçusu Pyerr-Emerik Obameyanq layiq görülüb.
O, başa çatan mövsümün ən yaxşısı seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 34 yaşlı qabonlu forvard bu mövsüm Avropa Liqasında meydana çıxdığı 13 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.