Mövsümün ən yaxşı məşqçisi
NBA-da mövsümün ən yaxşı məşqçisi müəyyənləşib. Bu ada Monti Uilyams layiq görülüb.
“Finiks”in çalışdırıcısı 2021/22 mövsümünün ən yaxşısı olub. 50 yaşlı mütəxəssis komandasını NBA-nın müntəzəm çempionatında ən yaxşı nəticəyə daşıyıb. Onun yetirmələri 82 oyunda 64 qələbə qazanıb və 18 dəfə uduzub. Bunun nəticəsində “Sans” pley-offda birinci səpələnmiş komandadır.
Bu, Uilyamsın karyerasında ilk belə mükafatdır. O, digər namizədlər Teylor Cenkins (“Memfis”) və Erik Spoelstranı (“Mayami”) arxada qoyub.