Mövsümün ən böyükhesablı qələbəsi
Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib. Turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Qəbələ” “Sumqayıt”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesabı qonaqlar açıb. 17-ci dəqiqədə Araz Abdullayev fərqlənib. Məğlubiyyətdən qaçmağa çalışan “Qəbələ” yalnız oyunun sonlarında buna nail olub. 88-ci dəqiqədə İsnik Alimi oyunda son nöqtəni qoyub – 1:1.
Günün son görüşü “Azersun Arena”da keçirilib. “Qarabağ” “Şamaxı”nı qəbul edib. Ağdamlıların aşkar üstünlüyü ilə keçən matçın ilk hissəsində 7 qol vurulub. Fasilədən sonra daha bir dəfə fərqlənən “köhlən atlar” mövsümün ən böyükhesablı qələbəsini qazanıb – 8:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq. Turun ikinci oyun günündə “Zirə” “Səbail”i, “Neftçi” “Sabah”ı qəbul edəcək.