Mövsümdə ilk, tarixdə 105-ci

Mövsümdə ilk, tarixdə 105-ci


Sabah Azərbaycan Premyer Liqasının III turunun mərkəzi oyununda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı və Azərbaycanın iki ən titullu klubu mövsümdə ilk dəfə qarşılaşacaq. Mövsümün ilk Azərbaycan derbisi iki rəqib arasında ümumilikdə 105-ci duel olacaq.
Bu görüşlərdə “Qarabağ” böyük üstünlüyə malikdir. Ağdam klubu 40 qələbə qazanıbsa, “Neftçi” 28 dəfə qalib gəlib. Digər 36 matçda heç-heçə qeydə alınıb. 202 qolun vurulduğu matçlarda “Qarabağ” top fərqində də öndədir – 110-92.
Azərbaycan çempionatlarında 83 derbi baş tutub. Ağdamlılar burada da üstündür. 30 qələbəsi olan “Qarabağ” 23 dəfə uduzub. 30 matçda komandalar hərəyə 1 xal qazanıb. 168 qolun vurulduğu matçlarda Ağdam klubu 92, paytaxt təmsilçisi 76 dəfə fərqlənib.
Digər 21 qarşılaşma Azərbaycan kubokuna təsadüf edib. İkiqat üstünlüyə malik “Qarabağ” 10, “Neftçi” 5 dəfə qalib gəlibsə, 6 dəfə sülh qeydə alınıb. Ağdamlıların 18 qol vurduğu görüşlərdə bakılılar 16 dəfə fərqlənib.
Xatırladaq ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 20:30-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Olmo üçün 70 milyon avroluq təklif

Növbəti yazı

Ronaldo 12 il 124 gündən sonra Premyer Liqada qol vurdu