Mövsümdə 5-ci finalla “Top-5”də
Dünyanın altıncı raketkası Karlos Alkaras Hamburqdakı turnirin finalına yüksəlib. O, yarımfinalda Aleks Molçana qalib gəlib – 7:6, 6:1.
19 yaşlı ispaniyalı mövsümdə 5-ci dəfə finala çıxıb. O, əvvəlki 4 həlledici qarşılaşmada qalib gəlib.
Alkaras gələn həftə açıqlanacaq dünya reytinqində “Top-5”də debüt edəcək. O, 2005-ci ildən sonra “beşliy”ə düşən ən gənc tennisçi olacaq. 17 il öncə buna Rafael Nadal imza atıb.
Qeyd edək ki, digər finalçı Lorenso Muzetti olacaq. Alkaras qalıb gəlsə, reytinqdə 4-cü yerə yüksələcək.