Mövsümdə 4-cü, Karridən 3-cü
“Qolden Steyt”in “Bruklin” üzərində 117:99 hesablı qələbəsində əsas pay sahibi Stefen Karri olub. 37 xal toplayan basketbolçu 7 ribaund və 5 ötürməyə də imza atıb. O, 14 üçxallıq atışdan 9-da dəqiq olub.
Stefen mövsümdə 3-cü dəfə bir oyunda 9 və ya daha çox üçxallıq atışdan səbətə düşüb. Cari mövsüm NBA-da cəmi 4 belə hadisə yaşanıb ki, onun üçü Karrinin, biri Patrik Millsin hesabındadır.
“Uorriers”in lideri karyerasında belə görüşlərin sayını 37-yə çatdırıb. Ceyms Harden və Demian Lillard hərəyə 9 qarşılaşmada minimum 9 üçxallığa sevinib.