Moutinyoya Səudiyyə Ərəbistanından təklif
Səudiyyə Ərəbistanı klublarının heyətində qatmaq istədiyi daha bir futbolçu müəyyənləşib. Joao Moutinyo asiyalıların maraq dairəsinə düşüb.
Portuqaliyalı yarımmüdafiəçi azad agent statusuna malikdir. Bu da ərəb klublarının diqqətini çəkib.
Ona bir neçə təklif gəlib. Moutinyo bu variantları nəzərdən keçirir.
“Vuiverhempton”la müqaviləsi uzadılmayan 36 yaşlı futbolçu 5 il formasını geyindiyi komandadan ayrılıb. O, İngiltərə klubunda 212 matçda 5 qol vurub.