Mourinyoya iki oyunluq cəza
“Roma”nın baş məşqçisi Joze Mourinyonun cəzası müəyyənləşib. Portuqaliyalı mütəxəssis A seriyasının 26-cı turunda “Verona” ilə oyunda (2:2) baş hakim Luka Payrettonu təhqir etdiyi üçün 2 oyunluq diskvalifikasiya edilib.
Görüşün sonlarında Mourinyo baş hakim Luka Payrettoya əli ilə telefon jesti edib və bundan sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Mourinyo hakimin üstünə qışqıraraq deyib:
“Səni bura xüsusi göndəriblər, “Yuventus” göndərib”.