Mourinyonun İngiltərə arzusu
“Roma”nın baş məşqçisi Joze Mourinyo komandanı tərk edə bilər. O, İngiltərəyə qayıtmağa istəklidir.
“Nyukasl” təcrübəli mütəxəssislə maraqlanır. Mourinyonun “Roma” ilə müqaviləsi mövsüm sonu başa çatır. Buna baxmayaraq, komanda portuqaliyalı mütəxəssisə 2 illik yeni müqavilə təklif etməyi düşünür. Bununla belə, o, İngiltərəyə qayıtmaq istəyində olduğunu bildirib.