Mourinyonun 1000-ci oyunu

Mourinyonun 1000-ci oyunu


İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyo karyerasında 1000-ci oyununu keçirib. Portuqaliyalı mütəxəssisin yubileyi A seriyasının III turuna təsadüf edib. Paytaxt təmsilçisi “Sassuolo”nu 2:1 hesabı ilə məğlub edib. 2000-ci ildə məşqçiliyə başlayan Mourinyo 1000 matçdan 638-də qələbəyə sevinib. Portuqaliyalı 204 heç-heçə və 158 məğlubiyyətə də şahid olub. O, karyerası ərzində “Benfika”, “Leyriya”, “Porto”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”da çalışıb. Mourinyo çalışdığı klublarla Portuqaliya, İngiltərə, İtaliya, İspaniya çempionu olub, Çempionlar Liqası və Avropa Liqasını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon

Növbəti yazı

David Luiz “Flamenqo” ilə müqavilə imzaladı