Mourinyo üçün uğursuz seriya

Mourinyo üçün uğursuz seriya

“Roma” İtaliya çempionatında qara zolağa düşüb. Paytaxt təmsilçisinin qələbəsiz oyunlar seriyası 6-ya çatıb.

“Canavarlar” “Salernitana” ilə heç-heçə edib. Son 6 görüşdə “Roma” 4 sülhə imza atıb və 2 dəfə uduzub.

Bu, Joze Mourinyonun karyerasının antirekordudur. Portuqaliyalı mütəxəssis heç bir klubla ardıcıl 6 çempionat görüşündə qələbəyə həsrət qalmayıb.

“Roma” A seriyasında mövsümün son iki turunda “Fiorentina” və “Spetsiya” ilə üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

“Denver” 47 mövsümdə ilk dəfə finalda

Növbəti yazı

“Milan” Loftus-Çikə elçi düşdü