Mourinyo Səudiyyə Ərəbistanında
Joze Mourinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. O, ərəblərlə işbirliyinə razılıq verib.
“Roma”nın baş məşqçisi Səudiyyə Ərəbistanındakı Mehd İdman Akademiyasının İdarə Heyətinə daxil ediləcək. 60 yaşlı təcrübəli mütəxəssisin əsas işi akademiyanın futbol bölməsi ilə bağlı olacaq. O, Ərəbistan yarımadasında yerli istedadlı oyunçuların seçilməsi və yetişdirilməsi prosesinə nəzarət edəcək.