Mourinyo cəzalandırıldı
“Roma”nın baş məşqçisi Joze Mourinyo cəza alıb. O, A seriyasının 15-ci turunun “Torino” ilə matçındakı (1:1) hərəkətlərinə görə oyundan kənarlaşdırılıb.
Portuqaliyalı mütəxəssis 2 matçlıq cəzalanıb. O, hakim Antonio Rapuanonun qərarlarından emosional narazılığına görə qırmızı vərəqə alıb.