Mourinyo cəzalandırıldı

Mourinyo cəzalandırıldı

Türkiyə kubokunun 1/4 final mərhələsində “Fənərbaxça” öz meydanında “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olub. Oyundan sonra baş verən mübahisələrə görə “sarı-lacivərdlilər”in baş məşqçisi Joze Mourinyo, oyunçuları – Fred, Mert Hakan Yandaş və texniki heyətdən Zufic və Foti qırmızı vərəqə ilə cəzalandırılıb.

Mourinyo və Mert Hakan Yandaş intizam qaydasının 44-cü maddəsinə, Foti və Fred 41-ci maddəsinə, Zufic isə 36-cı maddəsinə əsasən Nizam-İntizam Komitəsinə (PFDK) verilib.

Futbol İntizam Qaydalarının 44-cü maddəsinə əsasən Mourinyonun, Mert Hakan Yandaşın 5-10 oyun, Fred və Fotinin 2-5 oyun, Zuficin isə 1-3 oyun cəza alacağı gözlənilir.

Buna görə Mourinyo, Fred, Mert Hakan Yandaş, Zufic və Foti bazar günü “Trabzonspor”la keçiriləcək derbidə ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.

ETOPAZ

Əvvəlki yazı

Hummels qərarını verdi

Növbəti yazı

Maynu üçün 50 milyon avro