Mourinyo Bellerini istəyir
“Roma” heyətində köklü dəyişikliklər etmək niyyətindədir. Klub “Barselona”nın müdafiəçisi Hektor Bellerinə “elçi düşüb”.
Onu “canavarlar”ın baş məşqçisi Joze Mourinyo şəxsən heyətində görmək istəyir. Futbolçunun kataloniyalılarıa müqaviləsi 2023-cü ilin yayında başa çatır.