Moura uzun müddətdən sonra ilk dəfə
Lukas Moura Braziliya çempionatında dubl edib. “San Paulu”nun 32 yaşlı futbolçusu “Vasko da Qama”ya 3:0 qalib gəldikləri oyunda iki dəfə fərqlənib.
O, sonuncu dəfə 2019-cu ildə “Tottenhem”in Çempionlar Liqası çərçivəsində səfərdə “Ayaks”ı 3:2 hesabı ilə məğlub etdiyi matçda birdən çox qol vuraraq het-trikə imza atmışdı.
Qeyd edək ki, Lukas Moura 6 illik fasilədən sonra bu il Braziliya millisinə də dəvət alıb.