Morris “Bruklin”ə gedir

Morris “Bruklin”ə gedir

“Bruklin” heyətinə yeni basketbolçu qatmağa yaxındır. Hücumçu Markiff Morris “Nets”lə müqavilə imzalayacaq.

Tərəflər danışıqları yekunlaşdırmaq üzrədir. Morrris ötən ilin noyabrında boynundan zədələnib. Bundan sonra bərpa prosesi keçən oyunçu “Mayami”nin əsas heyətindəki yerini itirib.

Qeyd edək ki, Morris ötən mövsümün 17 oyununda orta hesabla 7,6 xal toplayıb.

e-Topaz

Əvvəlki yazı

Liderlər mövqeyini qorudu

Növbəti yazı

“Frayburq”un qapıçısına Premyer Liqadan təklif