Morenti gözləyən təhlükə
Ulduz basketbolçu Ca Morent ağır cəza təhlükəsi ilə üzləşib. “Memfis”in oyunçusu 50 matçlıq diskvalifikasiya edilə bilər.
O, basketbol meydançasına tapança aparmaqda şübhəli bilinir. Əgər bu fakt təsdiqlənsə, NBA tərəfindən ağır cəza veriləcək.
Morent sosial şəbəkədə canlı yayım açarkən silahlı olduğu aşkarlanıb. Klub onu iki matçlıq kənarlaşdırıb.