Morentdən 49 xal
“Memfis” “Hyuston” üzərində qələbə qazanıb. 129:122 hesabı ilə bitən matçın qəhrəmanı Ca Morent olub.
O, bu qarşılaşmada 49 xal toplayıb. 31 dəqiqə meydanda olan Ca beş üçxallıq atışla yadda qalıb. O, 17 ikixallıq və 10 birxallıqla da komandasına kömək edib.
Morent 4 ribaud, 8 ötürmə, 1 topalma və 2 blok-şota da imza atıb. “Memfis” oyunun ilk yarısında 16 xal geridə olsa da, kambekə nail olub.
Qeydedək ki, Ca mövsümün ilk iki oyununda 8 üçxallıq atışla yadda qalıb.