Morent 3-cü oldu
“Memfis”in basketbolçusu Ca Morent NBA tarixinə düşüb. O, 23 yaşı tamam olana qədər iki pley-off oyununda 45+ xal toplayan üçüncü oyunçu olub.
O, buna “Qolden Steyt” ilə pley-off seriyasının ikinci oyununda (106:101, 1:1) 47 xal toplayaraq nail olub. 22 yaşlı Morentə qədər bunu yalnız Lebron Ceyms və Kobe Bryant bacarıb.