Moreno zədələndi

Moreno zədələndi

“Vilyarreal”da ciddi itki baş verib. Komandanın hücumçusu Cerard Moreno zədələnib.

Forvarda sağ ayaq əzələlərinin həddən artıq yüklənməsi diaqnozu qoyulub. 30 yaşlı ispaniyalının sağalma müddəti qeyri-müəyyəndir. Moreno La Liqada 9 qol ilə komandanın bombardiridir.

Qeyd edək ki, “Vilyarreal” aprelin 27-də Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Liverpul”un qonağı olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”dan Noyer qərarı

Növbəti yazı

Buskets İnyestaya çatdı