Monfis “Masters”də olmayacaq
Dünyanın sabiq 6-cı raketkası Qael Monfis Monte-Karloda keçiriləcək turnirdə iştirak etməyəcək. Fransalı tennisçi “Masters”ə qatılmamağa qərar verib.
Buna Qaelin zədələnməsi səbəb olub. O, iki həftə əvvəl Mayamidə xəsarət alıb.
Monfisi əsas setkada Cek Dreyper əvəzləyəcək. Bu üzdən vild-cardlardan biri boş qalıb.