“Monako”da yeni baş məşqçi
“Monako”nun yeni baş məşqçisi bəlli olub. Fransa təmsilçisi Sebastien Pokonyolini vəzifəyə gətirib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı məşqçi klubdan oktyabrın 10-da ayrılan avstriyalı Adi Hütteri əvəzləyib.
Sabiq müdafiəçi məşqçilik karyerasına 2021-ci ildə “Yunion”un gənclər komandasında başlayıb.












