“Monako” Nubeldən imtina edir
“Monako” “Bavariya”nın qapıçısı Aleksandr Nubeli transfer etməyi düşünürdü. Lakin klub çətin ki, mövsümün sonunda onu rənglərinə bağlasın.
Fransa təmsilçisi son iki görüşdə 6 qol buraxan (“Nitsa” – 0:3, “Bayer” – 2:3) almaniyalı qolkiperin oyunundan narazıdır. Onun “Bavariya” ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.