Modriçin “Real” arzusu
“Real”ın yarımmüdafiəçisi Luka Modriç qərarını verib. O, mövsümün sonunda karyerasını bitirməyəcək.
Xorvatiyalı futbolçu 2025-ci ilin yayında başa çatacaq müqaviləsini bir daha uzatmaq niyyətindədir. O, 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər “Real”da qalmaq istəyir.