Modriçdən yeni rekord

Modriçdən yeni rekord

Luka Modriç titul rekordunu təzələyib. 39 yaşlı yarımmüdafiəçi “Real”ın heyətində 28-ci mükafatına yiyələnib.

“Real” bu gün Qitələrarası kubokunun finalında “Paçuka”ya 3:0 hesabı ilə qalib gəlib. Modriç görüşün 70-ci dəqiqəsində meydana daxil olmaq şansı qazanıb.

Luka klubun ən titullu futbolçusu ünvanını qoruyub. O, bu siyahıda Dani Karvahal (27 titul), Naço (26), Marselo (25) və Karim Benzemanı (25) qabaqlayır.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real”ın şərəfini qoruyur.

ETOPAZ

Əvvəlki yazı

Kimmix “Mançester Siti”nin hədəfində

Növbəti yazı

“Kəpəz”in futbolçusunun durumuna aydınlıq gəldi