Modriçdən növbəti uğur

Modriçdən növbəti uğur

Luka Modriç “Real”ın tarixinə düşüb. Xorvatiyalı yarımmüdafiəçi Madrid klubunda qol vuran ən yaşlı futbolçu olub.

O, La Liqanın XII turundan təxirə salınan matçında “Valensiya”nın (2:1) qapısına yol tapıb. Luka 39 yaş 116 günlüyündə fərqlənib. O, 1966-cı ildə 39 yaş 15 günlüyündə “Real”da qol vuran əfsanəvi Ferens Puşkaşın rekordunu qırıb.

Bu matç Lukanın “Real”da 561-ci oyunu olub. O, bununla da klub tarixində ən çox görüşə çıxan 10 futbolçusu sırasına qoşulub.

ETOPAZ

Əvvəlki yazı

Tirni Şotlandiyaya qayıdır

Növbəti yazı

Osaka yenidən finalda