Modriç üçün yeni uğur
“Real” İspaniya La Liqasının XXIII turunda “Atletiko” ilə heç-heçə edib – 1:1. “Kral klubu”nun futbolçusu Luka Modriç bu görüşdə meydana çıxmaqla derbidə 40-cı oyununu keçirib.
Xorvatiyalı oyunçu legionerlər arasında ən çox Madrid derbisində iştirak edən futbolçu olub.
Bundan əvvəlki rekord 39 oyunla Kərim Benzemada idi.