Modriç “Suonsi”nin səhmdarı olacaq
“Real”ın ulduz futbolçusu Luka Modriç klub səhmdarı olmağa hazırlaşır. O, İngiltərə Çempionşip komandalarından “Suonsi”nin səhmlərini alacaq.
Rəsmi imzaların yaxın günlərdə atılması gözlənilir.
Qeyd edək ki, “Suonsi” davam edən Çempionşipdə 42 turdan sonra 54 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.