Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
Modriç Səudiyyə Ərəbistanı klubundan imtina etdi
Luka Modriç Səudiyyə Ərəbistanından aldığı təklifi qəbul etməyib. “Real”ın 37 yaşlı yarımmüdafiəçisi adı açıqlanmayan kluba keçməyə razı olmayıb.
Ərəblər xorvatiyalı ulduza illik 30 milyon avro maaş vəd edib. Luka karyerasına “Kral klubu”nda davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, burada 307 matçda 25 qol vurub.