Modriç “Real”da qalacaq?

Modriç “Real”da qalacaq?

“Real”la müqaviləsi başa çatacaq 39 yaşlı Luka Modriç klubla müqaviləsini uzatmaq üçün maaşının azaldılmasına hazırdır.  Bu barədə “Marca”nın baş redaktoru Xose Feliks Diaz məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçinin gələcəyi yaxın günlərdə İspaniya nəhənginin prezidenti Florentino Peres arasında keçirəcəyi görüşdə müəyyənləşəcək.

Modriçin məqsədi klublararası dünya çempionatı başlamazdan əvvəl (15 iyun) müqaviləsini tam həll etməkdir.

Qeyd edək ki, Luka bu mövsüm bütün turnirlərdə 55 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə, futbolçunun təxmini dəyəri 5 milyon avrodur.

ETOPAZ

Əvvəlki yazı

Jasmin Romada çempion oldu

Növbəti yazı

Nunyes “Napoli”nin hədəfində