Modriç “Milan” yolunda
Luka Modriç karyerasını “Milan”da davam etdirəcək. O, klublararası dünya çempionatından sonra yeni komandasına qoşulacaq.
Xorvatiyalı tibbi baxışdan keçdikdən sonra İtaliya təmsilçisinin heyətinə qatılacaq.
Bildirilir ki, yarımmüdafiəçi hazırda bütün diqqətini mundiala yönəldib. “Milan” isə Modriçə 1+1 şərtlərlə müqavilə təklif etməyə hazırdır.
Orta xətt oyunçusunun maaşı illik 3,5 milyon avro və bonuslar olacaq.