Modriç Avropa çempionatları tarixinə düşdü
Luka Modriç Avropa çempionatları tarixinə düşüb. O, buna İtaliya ilə görüşdə (1:1) nail olub.
Yarımmüdafiəçi turnirdə qol vuran ən yaşlı futbolçu adına yiyələnib. Orta sahə oyunçusu 38 yaş 289 günündə fərqlənib.
54-cü dəqiqədə penaltidən istifadə edə bilməyən Modriç cəmi 1 dəqiqə sonra dəqiq zərbə ilə topu qapıdan keçirib. O, Avstriya yığmasının hücumçusu İvitsa Vastiçin rekordunu 12 gün təzələyib. Vastiç AVRO-2008-də 38 yaş 257 günündə fəqlənib.