Modriç “1000”ə çatdı
Luka Modriç karyerasında 1000-ci oyunu keçirib. 38 yaşlı yarımmüdafiəçinin yubileyi Xorvatiya millisinin heyətində gerçəkləşib.
AVRO-2024-ün seçmə mərhələsinin Uelslə qarşılaşması onun 1000-ci görüşü olub. Luka 2012-ci ildən “Real”da forma geyinir.
Qeyd edək ki, Xorvatiya Uelslə matçda 1:2 hesabı ilə uduzub.