Modriçə yeni müqavilə təklifi
“Real” futbolçusu Luka Modriçlə bağlı qərarını verib. İspaniya klubunun rəhbərliyi yarımmüdafiəçi ilə müqaviləni uzatmaq niyyətindədir.
Madridlilər xorvatiyalı futbolçusuna 2023-cü ilədək nəzərdə tutulan yeni anlaşma təklif edəcək. Baş məşqçi Karlo Ançelotti Modriçin heyətdə saxlanılmasını istəyib. Yarımmüdafiəçinin oyunundan razı qalan klub rəhbərliyi də bu istiqamətdə ilk addımlarını atıb. Tərəflər sözləşmənin detalları ilə bağlı müzakirələrə başlayıblar.