Modriçə 120 milyonluq təklif

Modriçə 120 milyonluq təklif

Luka Modriç “Real”dan ayrıla bilər. Xorvatiyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb.

37 yaşlı futbolçuya 3 mövsüm üçün 120 milyon avro təklif edilib. Luka bu barədə “Real” rəhbərliyi ilə də danışıb.

Modriç İspaniya klubunu gedəcəyi barədə məlumatlandırıb. Bu yay müqaviləsi başa çatan ulduz azad agent statusu ilə Asiyaya yollanacaq.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real”da forma geyinir.

e-Topaz

Əvvəlki yazı

Loftus-Çik “Milan”a razılıq verdi

Növbəti yazı

Messi PSJ-də son oyununa çıxacaq