Mobley zədələndi
“Kavalyers”in oyunçusu Evan Mobley zədələnib. O, sol topuq burxulması səbəbindən “Macik”lə oyunu (101:107) başa vura bilməyib.
Mobley ikinci rübdə Frans Vaqnerin ayağına düşməsi nəticəsində zədələnib. Rentgen yoxlanışında sınıq aşkar edilməyib.
O, hər oyunda orta hesabla 14,9 xal və 8,3 ribaund yığır. Evan “İlin yeni oyunçusu” mükafatına əsas namizədlərdən biridir.