Mitroviç “Fulhem”də qaldı

Mitroviç “Fulhem”də qaldı


Serbiya millisinin futbolçusu Aleksandar Mitroviçin gələcək karyerasına aydınlıq gəlib. Hücumçu İngiltərənin “Fulhem” klubunda çıxışını davam etdirəcək. 26 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. 2026-cı ilin yayına qədər London klubunda qalacaq Mitroviç başqa komandalardan təklif alsa da, İngiltərədə qalmağa üstünlük verib.
Aleksandar 41 qolla Serbiya millisinin tarixində ən yaxşı bombardirdir. O, yığmada 64 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Portlend” arenaya giriş şərtlərini açıqladı

Növbəti yazı

“Niks”də 4 illik müqavilə