Mitçelldən rekord
“Klivlend”in oyunçusu Donovan Mitçell rekord müəllifi olub. O, “Çikaqo” ilə oyunda (145:134, ƏV) tarixi performansa imza atıb.
Basketbolçu 50 dəqiqə ərzində 71 xal, 11 assist və 8 ribaund və 1 blokla yadda qalıb. Bu, “Kavalyers”in bir matçda qazanılan xal rekordudur. Bunadək ən yaxşı nəticəni Lebron Ceyms (2017) və Kayri İrvinq (2015) əldə etmişdilər – 57 xal.