Mitçelldən 33 xal

Mitçelldən 33 xal

“Klivlend” “Leykers” üzərində 114:100 hesablı qələbə qazanıb. Bu görüşün ən məhsuldar oyunçusu Donovan Mitçell olub.

Müdafiəçi qələbəyə 33 xalla töhfə verib. 37 dəqiqə meydanda olan Mitçell 5 ribaund, 2 ötürmə, 1 topalma və 1 blok-şota imza atıb.

Bu, “Klivlend”in ardıcıl 8-ci qələbəsi olub. “Kavalyers” son 5 ildə ən yaxşı seriyasına nail olub. 2017-ci ildə komanda 13 qələbəni sıralayıb.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan üç qolla üç rekord

Növbəti yazı

Emeridən uğurlu debüt