Mitçell “Kavalyers”in tarixinə düşdü
NBA-da növbəti matçlar keçirilir. “Kavalyers” “Uizards”ı 117:107 hesabı ilə məğlub edib.
“Klivlend”in oyunçusu Donovan Mitçell görüşdə 37 xal toplayıb. O, klub tarixində mövsümün ilk üç oyununda 30 və ya daha çox xal toplayan ilk basketbolçu adına yiyələnib. Mitçell “Toronto” ilə oyunda 31, “Çikaqo” ilə görüşdə isə 32 xal toplayıb.