Mirançuk məşqlərə başladı
“Torino”da sevindirici hal baş verib. Komandanın orta xətt oyunçusu Aleksey Mirançuk zədəsini sağaldıb.
Bunu Turin klubunun texniki direktoru Davide Vaqnati açıqlayıb. O, Mirançukun yenidən ümumi qrupla məşqlərə başladığını bildirib.
Rusiyalı futbolçu A Seriyasının 1-ci turunun “Montsa” ilə oyununda (2:1) xəsarət alıb. Həmin matçda 26 yaşlı yarımmüdafiəçi qol vurmağı da bacarıb.