Minifutbol millimiz yarımfinala yüksəldi!
Minifutbol üzrə dünya çempionatı davam edir. Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan yarışda millimiz bu gün 1/4 final oyununa çıxıb.
Təmsilçilərimiz Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Vüsal İsayev, Rəvan Kərimov və Mirmehdi Rzayevin qolları yığmamızı yarımfinala yüksəldib – 3:1.
Millimizin bu mərhələdəki rəqibi Qazaxıstan olacaq.