Milyo “Əl-Əhli”də
“Ştutqart”ın futbolçusu Enzo Milyonun yeni ünvanı məlum olub. 23 yaşlı yarımmüdafiəçi “Əl-Əhli”yə transfer olub.
Bu barədə Səudiyyə Ərəbistanı təmsilıçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Fransa millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. “Əl-Əhli” bu keçid üçün qarşı tərəfə 28 milyon avro ödəyəcək.
Qeyd edək ki, Enzo ötən mövsüm “Ştutqart”ın heyətində meydana çıxdığı 43 rəsmi matçda 12 qol və 8 assistlə yadda qalıb.












