“Miluoki”də yeni müqavilə
“Miluoki” heyətinə yeni basketbolçu qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
“Baks” Mayers Lenardla anlaşıb. Onunla 10 günlük müqavilə imzalanıb.
30 yaşlı mərkəz oyunçusu 2021-ci ilin martındakı qalmaqaldan sonra NBA-ya qayıdır. Həmin vaxt “Mayami”də çıxış edən oyunçu antisemitizmə görə 50 min dollar və bir həftəlik cəza almışdı. Ardınca basketbolçu NBA-dakı yerini də itirib.