“Miluoki”də üçüncü Adetokumbo
“Miluoki” heyətinə yeni basketbolçu qatıb. NBA klubu Aleks Adetokumbo ilə müqavilə imzalayıb.
O, komandanın ulduzu Yannisin kiçik qardaşıdır. Aleks qardaşları Yannis və Tanasisə toplanış zamanı qoşulacaq.
22 yaşlı oyunçu ötən mövsümü “Viskonsin Herd”də keçirib. O, bunadək “Reptors 905” və “Ukam Mursiya”da da forma geyinib.