“Miluoki”də itki
“Miluoki” itki ilə üzləşib. Komandanın lideri Yannis Adetokumbo zədələnib.
Yunan basketbolçu “Mayami” ilə qarşılaşmanı sona çatdıra bilməyib. O, ilk hissənin sonlarında xəsarət alıb. Bundan sonra meydanda qalan Yannis növbəti hissədə əvəzlənib.
Adetokumbo 11 dəqiqə ərzində 6 xal və3 ribaunda imza atıb. “Baks” pley-offun ilk mərhələsinin 1-ci oyununda evdə 117:130 hesabı ilə uduzub.